BANK

Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub
17 MAY
248

Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub

2018-05-17 10:30:00

"Son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub". Bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. 

"Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır", - o qeyd edib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda da kriptovalyuta ilə əməliyyatlar mövcuddur, amma rəqəmsal pullara münasibət birmənalı deyil: "Bu, istifadəçilər üçün rahatdır, dövlətlər üçün isə narahatlıq doğurur. Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz". (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256