BANK

"Mərkəzi Bank" animasiya hazırlayıb
16 MAY
129

"Mərkəzi Bank" animasiya hazırlayıb

2018-05-16 11:44:00

Azərbaycan Respublikası Mərkəzi Bankı özünün təşkilati missiyasına əsasən, əhali arasında maarifləndirmə fəaliyyətlərini və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrasını davam etdirir.

Mərkəzi Bank tərəfindən həyata keçirilən maarifləndirmə təbdirləri zamanı müasir intellektual resurslardan uğurla istifadə olunur. “Maliyyə savadlılığı” portalında (https://bizimpullar.az) Mərkəzi Bankın əhalinin maarifləndirilməsi istiqamətində hazırladığı müxtəlif animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, müsabiqələr və s. haqqında məlumatları yerləşdirilmişdir. Bank xidmətlərinin təşviqi portalın əsas istiqamətlərindən biri olduğundan geniş əhali üçün "Bank seyfləri" animasiyası hazırlanmışdır. Animasiyada bu xidmətin məqsədi, digər saxlanc yerlərindən üstünlükləri, rəsmiləşdirmə və istifadə qaydaları, saxlanc müddəti və digər məsələlər barədə ətraflı məlumat verilmişdir. 

Animasiyaya aşağıdakı linkdə baxmaq olar: https://bizimpullar.az/popup/media/113?cat=Blocks&file=0

İnternet bağlantısı olan mobil cihaz və yaxud kompüter vasitəsilə portala daxil olmaq və informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, virtual muzey və digər rubrikalar, eləcə də Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276