BANK

İpoteka və Kredit Zəmanət Fondu xalis mənfəətini 2 dəfədən çox artırıb
16 MAY
194

İpoteka və Kredit Zəmanət Fondu xalis mənfəətini 2 dəfədən çox artırıb

2018-05-16 09:26:00

İpoteka və Kredit Zəmanət Fondunun cəmi aktivləri bu il yanvarın 1-nə 958,384 mln. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 38,5% çoxdur.

Qurumun aktivlərinin 683,691 mln. manatını ipoteka kreditləri təşkil edib. 2017-ci ildə fondun kredit portfeli 27,2% böyüyüb.

Hesabat dövründə fondun cəmi öhdəlikləri 58,5% artaraq 545,194 mln. manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 59,6% artaraq 538,59 mln. manata, cəmi kapitalı isə 18,7% artaraq 413,19 mln. manata, o cümlədən nizamnamə kapitalı 19,1% artaraq 366 mln. manata çatıb.

2017-ci ildə qurumun faiz gəlirləri 36,244 mln. manat (2016-cı ilə nisbətən 64% çox), faiz xərcləri 12,771 mln. manat (23,6% çox), dəyərsizləşmə üzrə zərəri 701 min manat (20% çox), haqq və komissiya xərcləri 648 min manat (52,8% çox), digər gəlirləri 783 min manat (76% çox), insan resursları üzrə xərcləri 2,272 mln. manat (32,2% çox), inzibati və digər xərcləri 1,852 mln. manat (2% çox), mənfəət vergisi xərci isə 3,728 mln. manat (6,1 dəfə çox) təşkil edib. Son nəticədə Fond ötən ili 15,056 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256