BANK

Asəf Hüseynovun Kredit Bürosunun Müşahidə Şürasına sədrliyi təsdiq edilib
15 MAY
295

Asəf Hüseynovun Kredit Bürosunun Müşahidə Şürasına sədrliyi təsdiq edilib

2018-05-15 11:23:00

14 may 2018-cil il tarixində Azərbaycan Kredit Bürosu MMC-nin Ümumi Yığıncağın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlərlə yanaşı təşkilati işlərə də baxılıb və yeni tərkibdə Müşahidə Şurası formalaşdırlması haqqında qərar qəbul edilib.

Asəf Hüseynov –Müşahidə Şurasının sədri,Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə Müşahidə Şurasının üzvləri təsdiq edilib.

Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli Qərarı ilə “Kredit Büroları haqqında” Qanunana edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçünkommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.

Yekunda Büronun fəaliyyətinin daha da genişləndiririlməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçünqərarlar qəbul edilib.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254