BANK

ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib
14 MAY
189

ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib

2018-05-14 18:40:00

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16:30-da təyin edilib.

 ADİF-dən Fins.az-a verilən xəbər görə, Fond ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.

 Bakı Apellasiya Məhkəməsi

 Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) – 538-16-08, 538-19-02

Faks: (99412) – 510-53-48

 Əmanətlərin Sığortalanması Fondu

Bakı şəhəri, Babər prospekti, 16

Telefon: (99412) 596-65-91/92/93

Qaynar xətt - 941

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277