BANK

“ABB-Moskva” IBA-EXPRESS-lə pul köçürmələrini dayandırır
11 MAY
703

“ABB-Moskva” IBA-EXPRESS-lə pul köçürmələrini dayandırır

2018-05-11 17:58:00

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi - “ABB-Moskva” iyunun 1-dən təsisçisinə məxsus IBA-EXPRESS pulköçürmə sistemi ilə əməliyyatları dayandıracaq. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya bankının müştərilərinə müraciətində bildirilir. 

Məlumata görə, bununla əlaqədar mayın 14-dən fiziki şəxslərə pul köçürmələri xidməti göstərən şöbələr bağlanacaq. 

IBA-EXPRESS şəbəkəsi ilə indiyə qədər göndərilmiş pul köçürmələri üzrə ödənişlər və onların geri qaytarılması ilə bağlı suallarla "ABB-Moskva"nın istənilən pulköçürmənə şöbəsi və müştərilərlə əməliyyatlar departamentinə müraciət etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255