BANK

2018-ci ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
05 MAY
440

2018-ci ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

2018-05-05 22:54:00

31 mart 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 mlrd. manat, cəmi öhdəlikləri isə 24.0 mlrd. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olmuşdur. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artmışdır.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil etmişdir. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artmışdır.

31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259