BANK

Bu ilin I rübündə Azərbaycan bankları kapitallarını artırıb
05 MAY
349

Bu ilin I rübündə Azərbaycan bankları kapitallarını artırıb

2018-05-05 16:38:00

Bu ilin I rübündə Azərbaycan banklarının əlavə kapital inyeksiyası 319 mln. manat olub. Bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmədov deyib. Onun sözlərinə görə, son iki ildə bankların əlavə kapital inyeksiyası  1,4 mlrd.manat olub.

“2016-cı ildə bankların kapital inyeksiyası 263 milyon, 2017-ci ildə 808 milyon, bu ilin I rübündə isə 319 milyon manat olub”, - deyə T.Nəhmədov vurğulayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253