BANK

Türkiyədə dolların məzənnəsi yenidən bahalaşıb
04 MAY
531

Türkiyədə dolların məzənnəsi yenidən bahalaşıb

2018-05-04 11:44:00

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 4,25 lirəyə çatıb. Fins.az xəbər verir ki, bu barədə “Report” türk mətbuatına istinadən xəbər yayıb. bu, ötən günün yekunu ilə müqayisədə təxminən 1% çoxdur.

Lirənin ucuzlaşması qlobal maliyyə bazarlarında Amerika valyutasının bahalaşması, eləcə də ölkə daxilində qiymət artımının sürətlənəcəyinə dair gözləntilərlə bağlıdır.

Qonşu ölkədə dollarla yanaşı, digər xarici valyutalar da bahalaşıb. Avronun məzənnəsi 5,09 lirəyə, ingilis funt sterliqinin məzənnəsi isə 5,76 lirəyə yüksəlib. 

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254