BANK

“Moody’s” “ABB Moskva”ya verdiyi reytinqləri geri çağırıb
03 MAY
307

“Moody’s” “ABB Moskva”ya verdiyi reytinqləri geri çağırıb

2018-05-03 16:00:00

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Rusiyadakı törəməsinə (“ABB Moskva”) verdiyi reytinqləri geri çağırıb. Fins.az “Report-a istinadən  xəbər verir ki, agentlik bunu biznes maraqları ilə izah edib. 

Qeyd edək ki, söhbət "ABB-Moskva"ya yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli depozit, eləcə də uzunmüddətli və qısamüddətli qarşılıqlı risk reytinqlərindən gedir. 

Xatırladaq ki, "ABB Moskva” 2002-ci ildə yaradılıb və səhmləri 100% ABB-yə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259