BANK

FED uçot dərəcəsini dəyişməyib
03 MAY
180

FED uçot dərəcəsini dəyişməyib

2018-05-03 09:18:00

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Fins.az xəbər verir ki, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb. Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də  uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254