BANK

Lirə yenidən ucuzlaşır
02 MAY
362

Lirə yenidən ucuzlaşır

2018-05-02 16:17:00

Dollar Türk Lirəsi qarşısında yenidən bahalaşır. Səbəb, Standard & Poor (S&P) beynəlxalq kredit reytinqi agentliyinin Türkiyənin kredit reytinqini aşağı salmasıdır. Ötən həftə Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Çetinkayanın pul siyasətində sərtləşmədən bəhs etməsinin ardından Dollar 4.03 səviyyəsinə enmiş, sonradan isə mərhələli olaraq 4.10 səviyyəsinə yüksəlmişdi. Bu gün sürətlə yüksələn məzənnə 4.12 səviyyəsinə, sonra da 4.1619-a qədər qalxıb 

S&P-dən verilən açıqlamada, Türkiyənin xarici valyutada kredit reytinqinin "BB"dən "BB-"yə, yerli valyutada reytinqinin isə "BB+"dan "BB"yə salındığı qeyd edilib.   

Kredit reytinqinin endirilməsi ilə bağlı olaraq, Türkiyənin makro-iqtisadi tarazlığının pozulmasının artdığı bildirilən açıqlamada, inflyasiyanın yüksəldiyi, Türk Lirəsinin dəyərdən düşdüyü və volatilliyin artdığı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259