BANK

O bankomatlar bizim banka aid deyil - Expressbankdan AÇIQLAMA
02 MAY
469

O bankomatlar bizim banka aid deyil - Expressbankdan AÇIQLAMA

2018-05-02 15:37:00

Son zamanlar Tiflisə səfər edən azərbaycanlı turistlərdə maraqlı sual yaranıb. Belə ki, Tiflisdə hər addımda Expressbankın bankomatlarına rast gəlmək olar. Qeyd edək ki, bununla bağlı Fins.az-a vətəndaşlar tərəfindən də suallar  ünvanlanıb. Bankomatların eynilə Expressbankın bankomatlarına oxşaması, sıravi vətəndaşlarda bu fikri yaradıb. Qeyd edək ki, haqqında danışılan bu bankomatalara Tiflisdə və Gürcüstanın digər şəhərlərində demək olar ki hər yerdə rast gəlmək olar. Fins.az bu suala cavab tapmaq üçün Expressbank rəsmisi ilə əlaqə saxlayıb. Bankdan verilən məlumatdan məlum olub ki, Tiflisdə yerləşən expressbank bankomatlarının Azərbaycanda yerləşən Expressbankla heç bir əlaqəsi yoxdur. Bank rəsmisinin sözlərinə görə, sadəcə express sözü beynəlmiləl söz olduğundan həmin ölkədə də bu addan işləndiyi bildirildi. Qeyd edək ki, adla yanaşı bankomatın rəng çalarları da eynilə Azərbaycanda yerləşən Expressbankın bankomatları rəngdədir. 

Məlumat üçün bildirək ki, 2014-ci ildə Global Finance dərgisi tərəfindən aparılan sorğu arasında dünyada 100 bank arasında Georgia Expressbank ən tühlükəsiz banklar sırasında yer alıb. Bundan başqa Moody's, Standard & Poor's və Fitch tərtid etdiyi reytinqlərdə də bank kredit reytinqinə və aktivlərinə görə 1000 ən yaxşı bank arasında yer ala bilib. Qeyd edək ki, hazırda Expressbank Gerorgianın Gürcüstanda 356 bankomatı var.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276