BANK

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
01 MAY
131

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

2018-05-01 15:00:00

Gürcüstan Mərkəzi Bankının (GMB) Monetar Siyasət Komitəsinin bu gün keçirilmiş iclasında (uçot) təkrar maliyyələşdirmə dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edilib. Fins.az xəbər verir ki, bu barədə GMB məlumat yayıb. 

Qurum bəyan edib ki, bu ilin I rübündə ölkədə inflyasiya 2,5% olub. İlin sonuna qədər bu rəqəmin 3% civarında olacağı proqnozlaşdırılır. Qiymət artımı zəifləyərsə, pul siyasətinin yumşaldılması məsələsinə baxıla bilər. Növbəti iclas iyunun 13-də olacaq.  Qeyd edək ki, bu ilin mart ayında Gürcüstanda 5,6%, I rübdə isə 5,2% iqtisadi artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276