BANK

"Kapital Bank" Respublika Günü münasibəti ilə özəl təklif hazırlayıb
01 MAY
210

"Kapital Bank" Respublika Günü münasibəti ilə özəl təklif hazırlayıb

2018-05-01 11:16:00

"Kapital Bank" asc 28 may – Respublika Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində "Kapital Bank"dan kredit götürən müştərilər hər 3000 AZN kredit üçün cəmi 100 AZN aylıq ödəniş edəcəklər. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq.

8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 may 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276