BANK

23 bank bir ay gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
30 APREL
512

23 bank bir ay gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

2018-04-30 21:27:00

Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq, banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək 

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.

Tədbirlə əlaqədar olaraq, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına (Vüsal Həsənov, vü[email protected], (+994) 12 493 50-58 (daxili 429)) müraciət edə bilərlər. 

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256