BANK

ExpressBank ilin ilk rübünü mənfəətlə başa vurub
30 APREL
225

ExpressBank ilin ilk rübünü mənfəətlə başa vurub

2018-04-30 12:25:00

“Exspressbank”ın aktivlərinin həcmi 2017-ci il aprelin 1-nə 354,706 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,05% çoxdur. Fins.az Bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli 10,35,% artaraq 189,751 mln. manat olub.

“Exspressbank”ın depozit portfeli hesabat dövrünün sonuna 86,14% artaraq 182,168 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi isə 44,23% artaraq 212,022 mln. manata bərabər olub.

Bankın məcmu kapitalı 0,13% artaraq 141 min manat olub. Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib. Bu ilin I  rübündə bankın cəmi gəlirləri 15,731 mln. manat, cəmi xərcləri isə 5,829 mln. manat təşkil edib. Qeyd edək ki, bank bu ilin I rübünü 828 min manat xalis mənfəətlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254