BANK

Unibankdan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!
30 APREL
257

Unibankdan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!

2018-04-30 11:28:00

İndi Unibankda hesab açan fərdi sahibkarlar və şirkətlər üçün 3 ay ərzində hesablaşma və kassa əməliyyatları PULSUZ olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı keçirilən kampaniya mayın 28-dək davam edəcək. Biznes sahibləri üçün 0% komissiyalı kampaniya aşağıdakı xidmətləri əhatə edir:

-          Konvertasiya əməliyyatları;

-          Manatvəxarıcıvalyutaödənişləri;

-          Əmək haqqı layihəsi üzrə köçürmələr;

-          Nağd pulun çıxarılması;

-          Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

Cümhuriyyətin 100 illiyi münasibətilə komissiyasız biznes kreditləri kampaniyası da davam edir. Kampaniya çərçivəsindəbiznes sahiblərimayın 28-dək Unibankdan 100.000 manatadək biznes kreditlərini 0% komissiya və 100 günədək güzəşt müddəti ilə götürə bilərlər. Biznes kreditləri üzrə effektiv faiz dərəcəsi 10%-dən başlayır.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

-          Sərfəli tariflər;

-          Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-          Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

-          Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-          Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-          Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-          Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-          Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business),  İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır. 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondanhttp://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259