BANK

Yeni metal pullar buraxıldı – Kağız pulları əvəz edəcək
30 APREL
643

Yeni metal pullar buraxıldı – Kağız pulları əvəz edəcək

2018-04-30 11:13:00

Ukraynada dövriyyəyə yeni metal pullar buraxılıb.

Fins.az-ın məlumatına görə, 1 və 2 qrivna artıq aprelin 27-dən istifadəyə verilib. Bundan sonra tədriclə bu nominalda olan kağız pullar dövriyyədən çıxarılacaq.

Bildirilir ki, gələcəkdə 5 və 10 qrivnaların buraxılması da nəzərdə tutulur.

Məqsəd metal pulların daha uzunömürlü olmasıdır. Belə ki, Ukrayna Mərkəzi Bankı son 10 ildə milyonlarla kağız pulun sıradan çıxdığını bəyan edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254