BANK

Azər Türk Bank rüblük hesabatını açıqlayıb
30 APREL
223

Azər Türk Bank rüblük hesabatını açıqlayıb

2018-04-30 10:46:00

“Azər Türk Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 7,5% artaraq bu il aprelin 1-nə 310,5 mln. manat təşkil edib. Fins.az xəbər verir ki, bankın aktivlərinin 117 milyon manatdan bir qədər çoxu verilmiş xalis kreditlərdi. Həmçinin qeyd edək ki, bankın kredit portfeli 16.5% kiçilib. 

Azalma bankın müştəri hesablarında da özünü göstərib, belə ki, bu göstərici 2.2% azalaraq 183,797 milyon manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə bankın mənfəəti azalaraq 192 min manat təşkil edib. Qeyd edək ki, azalma  ötən ilin birinci rübü ilə müqayisədə 5 dəfədən çoxdur.  Rüb ərzində Bankın faiz gəlirləri 4,209 milyon manat, qeyri-faiz gəlirləri 11,265 milyon manat, faiz xərcləri 1,83 milyon manat, qeyri-faiz xərcləri 13,721 milyon manat təşkil edib. Bundan başqa, kredit təşkilatı xüsusi ehtiyatların yaradılması xərclərinə 268 min manat qənaət edib.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254