BANK

ECB uçot dərəcəsini sabit saxlayıb
26 APREL
334

ECB uçot dərəcəsini sabit saxlayıb

2018-04-26 16:22:00

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb. 

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin açıqlama verəcəyi gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259