BANK

PAŞA Bank sahibkar və distribyutor şirkətlər üçün yeni imkanlar yaradır
26 APREL
297

PAŞA Bank sahibkar və distribyutor şirkətlər üçün yeni imkanlar yaradır

2018-04-26 08:00:00

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun müsahibəsi:

- PAŞA Bankın biznes üçün unikal kart məhsulu olan Tacir Kartı daha da təkmilləşdirməsində əsas məqsədi nədir?

- Bildiyiniz kimi, PAŞA Bank tərəfindən korporativ və fərdi müştərilərimizin onlayn rejimdə hesablarının idarə edilməsi, bankla əməliyyatlarda müəyyən üstünlükləri təmin etmək məqsədilə "Rəqəmsal inqilab" adlandıra bilən “Tacir” layihəsi icra olunub. Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edir.

Ticari prosesin iştirakçıları üçün nəzərdə tutulan bu kart daha da təkmilləşdirilərək müştərilərin istifadəsinə verilib. Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir. Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir. Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır. Bu, müştərilərimizin vaxt itkisinin qarşısını almaq baxımından çox əhəmiyyətlidir. İnternet bankinq ilə müştərilərimiz telefon vasitəsilə nağdsız ödənişlərinin limitinə nəzarət edə, o cümlədən biznes üçün vacib olan digər xidmətlərdən onlayn rejimdə  faydalana biləcəklər. Bununla da müştərilərimiz vaxtına qənaət edərək tam rahat şəkildə xərclərini idarə edə bilərlər.

- Tacir Kartı hansı valyutada əldə etmək mümkündür?

- Tacir Kartı əsas valyuta, yəni, yerli valyuta olan manatda əldə etmək mümkündür. Bununla yanaşı, Tacir Kartı istənilən valyutada sifariş vermək də olar. Ona görə ki,  korporativ kart inzibati təsərrüfat xərclərin ödənilməsini də mümkün edir. Əgər şəxs ölkə hüdudlarından kənardadırsa, yəni xaricə səfər edərsə, müvafiq olaraq bu kartı istənilən valyutada aça bilər. Milli valyutada açılmış kartda konvertasiya etməklə xərclərlə bağlı əməliyyatları dollar və ya avro ilə yerinə yetirmək mümkündür.

-  Tacir Kartının qiyməti nə qədərdir və kartdan istifadəyə görə xidmət haqqı nə qədərdir?

- Tacir Kartın məbləği 10 manatdır. Bu məbləğ bu məhsula bütün qoşulmalar üçün tələb olunan məbləğdir. Beləliklə, biz Azərbaycanın bank sektorunun nağdsız ödənişlərə keçidinə marağı artırır və bu ümumi strategiyanı təşviq edirik.

- Yeni məhsulunuz rəqiblərinizin məhsullarından nə ilə fərqlənir? Kartın üstünlükləri nədir?

- Hal-hazırda Tacir Kart bütövlüyü baxımından bazarda bənzəri olmayan bir kartdır. Bir tərəfdə sahibkar, digər tərəfdə isə böyük distribyutorun qarşılıqlı əlaqəsi tam şəkildə Tacir Kart əməliyyatları ilə tənzimlənir. Məhsul alınır, Tacir Kart vasitəsilə PAŞA Bankın pos-terminallarında ödəniş edilir. Bu zaman operatorların iştirakı olmadan avtomatik olaraq məbləğdən ƏDV çıxılır. Bu isə həm müştərilər tərəfindən, həm də bank tərəfindən vaxta qənaət, əməliyyat xərclərinin azalmasına səbəb olur.

\Bütövlükdə Tacir Kartdan istifadənin sahibkarlar və distribyutor şirkətlər üçün əsas üstünlüklərini vurğulamaq istəyirəm. Tacir Kart sahibkarlar üçün alınan mal üzrə ƏDV-nin avtomatik ödənilməsi, ən qısa müddətdə nağd dövriyyədən qeyri-nağd dövriyyəyə keçidin edilməsi, hesabatlığın asanlaşması, kredit xəttindən faydalanmaq imkanının olması, hər distribyutor şirkət üzrə fərdi kredit limitlərinin müəyyən edilməsi, hesaba Pay Point terminalları vasitəsi ilə mədaxilin edilməsi imkanı, vaxta qənaətin edilməsi, kartın bütün digər biznes ehtiyacları üçün rahat istifadə edilməsi, sahibkarın POS-terminalını Tacir Kart hesabına qoşmaqla gündəlik satış dövriyyəsinin kart hesabında əks olunması kimi üstünlüklər verir. Eyni zamanda, distribyutor şirkətlər üçün əsas üstünlüklər kimi pul dövriyyəsinin nağdsız formaya keçməsi, alıcı sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi, şirkətin pul axınlarının effektiv idarə edilməsi, POS-terminal vasitəsi ilə bütün ödənişlərin qəbulu, nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması, vəsaitin həmin gün hesaba köçürülməsi, inkassasiya xidmətinə ehtiyacın olmaması, hesabatlığın asanlaşmasını misal çəkmək olar. Bu, bizi rəqiblərimizdən fərqləndirən əsas xüsusiyyətdir.

- Tacir Kart neçə il müddətinə buraxılır və istifadə müddəti bitdikdə sahibkar kartın dəyişdirilməsi üçün nə etməlidir?

- Tacir Kartın müddəti 3 il təşkil edir. Kartın yenilənməsi ilə bağlı heç bir problem yoxdur. Üç il sonra müştəri banka müraciət edərək kartı yeniləyir. Yeni müddət üçün kartın dəyişdirilməsi adi yeniləmə prosesi əsasında baş tutur.

- Bir sahibkar maksimum neçə karta sahib ola bilər? Və Tacir Karta yiyələnmək üçün sahibkar hansı şərtlərə cavab verməlidir? İri məbləğdə kredit öhdəliyi olan sahibkar tacir kart əldə edə bilərmi?

- Bu gün bizdə kart hesab açılaraq verilir. Sahibkar bankda hesab açır və bu hesaba Tacir Kartı daxil edir. Kartın sayı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yəni, sahibkarın biznes nöqteyi-nəzərdən nə qədər tələb olunursa, o qədər də kart əldə etmək imkanı var. Hər bir azad sahibkar bu kartı əldə edə bilər. Bu həm debit, həm kredit məhsulu kimi çıxış edən kartdır. Bu daha çox biznes mühitinə ilk növbədə qlobal ödənişlə bağlı əlavə xidmətlər üçün nəzərdə tutulan və müəyyənləşdirilən məhsuldur.

- Sahibkarlar Tacir Kartından istifadə ilə bağlı xərclərə necə nəzarət edə bilər?

- Tacir Kart məhsulu müştərilərimizə biznes əməliyyatlarını daha təhlükəsiz və səlis şəkildə həyata keçirmək və nağd vəsaiti daha səmərəli idarə etmək imkanı verir. Bizim kart əməliyyatlarına nəzarət üçün rahat alətlərimiz var. Bizim müştərilər kart əməliyyatları ilə bağlı mobil telefona "sms" bildirişlər alır. Bununla yanaşı, avtomatik olaraq gündəlik və ya aylıq hesabatlar müştərilərin elektron poçtuna göndərilir. Bundan əlavə, internet banka istənilən zaman daxil olaraq, onlayn rejimdə ödənişlərin hara və nə zaman yönəldiyinə nəzarət etmək mümkündür.  Eyni zamanda, gələcəkdə müştərilər üçün ödəniş və əməliyyatlara nəzarət üçün ayrıca mobil əlavənin yaradılması ilə bağlı planlarımız var. Yaxın zamanlarda bizim internet bankinq və mobil bankla bağlı yeni məhsulumuz tam hazır olacaq. Yeni strategiyamız çərçivəsində bank məhsul və xidmətlərinin rəqəmsallaşdırılmasının əsas prioritetimiz olduğunu nəzərə alaraq, müştərilərimizi əmin edirik ki, onlar Tacir Kart məhsulu ilə bağlı təqdim olunacaq yeni və daha da geniş üstünlüklərdən faydalanmağa davam edəcəklər.

- Tacir Kartın istifadəçilərinin sayı nə qədərdir? Bu kartın istifadəçiləri daha çox hansı sektoru təmsil edir?

- Tacir Kartına  tələbatda dinamika müşahidə olunmaqdadır. Belə ki, bu məhsula tələbat getdikcə artmaqdadır. Bu məhsul aktiv yenilənmə mərhələsindədir. Biz məhsula maraq böyük olduğundan Tacir Kart layihəsini həyata keçirdik. Bizim bu məhsulla bağlı çox böyük planlarımız var.

- Tacir Kartın dövriyyəsi nə qədərdir və ya nə qədər olacağını gözləyirsiniz?

- Bizim kartların emissiyası, ödənişlərin qəbulu, ekvayrinq ilə bağlı böyük strateji planlarımız var. Biz Tacir Kartın bu planların yerinə yetirilməsində mühüm rol oynayır.  Korporativ bank olaraq bu məqsədlərin yerinə yetməsi üçün bütün lazımi imkanlarımız var. Bizim əsas iri distrübutorlarımız var ki, biz bu şirkətlərin bütün satışını Tacir Kartına cəlb edə bilərik. Məhsullar üçün çox böyük dövriyyə var. Hazırda bu dövriyyənin minimum 30%-ni bu il ərzində nağdsız ödənişə keçirməyi planlaşdırırıq. İndi bütün banklar üçün nağdsız ödənişlərin artım tendensiyası anlayışı formalaşır. Buna görə də məhsulun daha çox yayılması üçün aktiv işləmək bizim əsas vəzifəmizdir. Biz bu məhsul çərçivəsində hansısa kart buraxmaqla tacir və onun müştərisi üçün kifayət qədər faydalı olacaq xidmətlər üzərində işləyirik. Məqsədimiz bazarın inkişaf fonunda həllərin keyfiyyətini artırmaq istiqamətində aktiv iştirak etməkdir.

- Tacir Kart sahibləri şəxsi kabinet yarada bilərlərmi?

- Təbii ki, bizim bankda müştərilərin şəxsi kabineti mövcuddur. Hesabların idarə edilməsi, gələcəkdə şəxsi kabinetdə xidmətlərin keyfiyyətinin daha da artırılması, nağdsız ödənişlərlə bağlı çoxlu sayda xidmətlərin həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, internet bank müştəriyə günlük pul axınlarının idarə olunmasına kömək edir, o cümlədən qeyri-müəyyən ödənişlər üçün müəyyən xatırlatmalar edəcək. Biz biznesin ehtiyaclarına uyğun olaraq yeni məhsullar təqdim etməyə çalışacağıq.

- Bankınız gələcəkdə korporativ müştərilərin ehtiyacları üçün hansı yeni xidmət və məhsullarını təqdim edəcək?

- Tədarükçülər də daxil olmaqla, bütün tərəflər üçün ilk növbədə B2B (business-to-business) məhsulunun genişləndirilməsi nəzərdə tutulur. Xatırlanmaq istərdim ki, bu məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir. Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən  (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır.

Tacir Kartından istifadə edən müştərilərə adi internet bankla müqayisədə rəqəmsal onlayn həllər üçün daha inkişaf etmiş imkanlar yaradılacaq. Prinsip etibarı ilə həm tədarükçü, həm də alıcı tərəfindən individual nizamlama, seçim mümkündür. Gələcəkdə isə biz kartdan istifadə etmədən ödənişləri telefon vasitəsi ilə etməyi planlaşdırırıq. Daha çox nağdsız ödənişlər edən müştərilərlə çalışan aktiv bank kimi, biz daha ucuz maliyyələşdirmə təqdim etmə imkanına malikik. Ona görə də, ölkənin ümumi nağdsız ödənişlərə keçid siyasətini dəstəkləyirik. Biz daha az riskli maliyyələşdirmə təqdim etmə imkanına sahib olduqda müştərinin biznesinin daha çox inkişafı mümkündür.

- PAŞA Bank gələcəkdə fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bunun üçün hansı işlər görülüb və görüləcək?

- Ümumilikdə dövlətin strategiyası yaxın zamanlarda nağdsız ödənişlərin həcminin artırılmasına nail olmaqdır. PAŞA Bank da öz növbəsində bu məqsədə töhfə vermək üçün çalışır. Bankımız rəqəmsallaşma yolunda inamla addımlayır. Bunun üçün biz aktiv olaraq daxili resurslarla səfərbər edirik və prosesləri optimallaşdırmaq üçün xarici məsləhətçiləri cəlb edirik. Böyük hissəsi bank xidmət və məhsullarının rəqəmsallaşdırılmasına yönəlmiş 2018-2020-ci illərə dair yeni strategiyamız çərçivəsində bununla bağlı bir sıra təşəbbüslər reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276