BANK

Azərbaycan bankına “Ən Etibarlı Bank 2018” mükafatı təqdim edildi
25 APREL
512

Azərbaycan bankına “Ən Etibarlı Bank 2018” mükafatı təqdim edildi

2018-04-25 10:40:00

İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı Yapı Kredi Bank Azərbaycana mükafat təqdim edib. Belə ki, təşkilat Yapı Kredi Bank Azərbaycanı “2018-ci ilin ən etibarlı bankı” mükafatına layiq görüb. Jurnalın redaktoru Wanda Rich “Yapı Kredi Bank Azərbaycan təmsil etdiyi ölkənin bankçılıq sahəsində aparıcı rol oynamağa davam edir. Hər zaman müştəri təcrübəsini zənginləşdirir, uyğun həll yolları təklif edir. Yapı Kredi Bank Azərbaycanın “Ən Etibarlı Bank 2018” mükafatını almasına səbəb onların məhsuldar fəaliyyəti, əməkdaşlarının inkişaf etdirilməsi üçün daim yatırımlar etməsi, bankçılıq sahəsində universal yanaşmanın tətbiq etməsi, xidət göstərdikləri fiziki və hüquqi şəxslərin tələblərinin daim diqqət mərkəzində saxlamasıdır. Ümidvarıq ki, Yapı Kredi Bank Azərbaycan gələcəkdə də yeni-yeni uğurlara imza atacaqdır”

Qeyd edək ki, Global Banking and Finance Review təşkilatı bankçılıq və maliyyə sahəsində uğruar qazanan təşkilatları dəyərləndirir. Yapı Kredi Bank Azərbaycan aşağıdakı sahələrdə əldə etdiyi parlaq nəticələr “Ən Etibarlı Bank Azərbaycan 2018” mükafatı qazanmasına səbəb oldu.

  •   Müştərilərin tələblərinə tam cavab verən məhsul və xidmətlər
  •   Keyfiyyətin təkmilləşdirilməsi üçün beynəlxalq standardların tətbiq edilməsi
  •   Korporativ Bankçılıqda tətbiq etdiyi müasir yanaşma
  •   DoğruMaliyyəStrategiyası
  •   Korporativİmicvəİnnovasiya

Yapı Kredi Bank Azərbaycan dünyanın17 ölkəsind əfəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərənTelefon Mərkəzivə İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254