BANK

Bankın ziyanı xeyrindən çoxdur
24 APREL
208

Bankın ziyanı xeyrindən çoxdur

2018-04-24 14:07:00

"Muğan Bank" ASC 2018-ci ilin 1-ci rübünü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub. Bank 2017-ci ilin 1-ci rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, 2017-ci ili 6 milyon 341 min manat xalis zərər ilə bağlayıb.

Bankın maliyyə hesabatlarına görə, "MuğanBank"ın gəlirləri xərclərini qarşılaya bilmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından xərcləməyə məcbur olub. Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb.  "Muğan Bank"ın ümumi yığılmış zərəri 19 milyon 334 min manata çatıb. Bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat olduğu halda, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276