BANK

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək
24 APREL
221

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək

2018-04-24 09:37:00

Aprelin 26-da, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Fins.az bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq. İclasda “Bank Standard”ın ləğv edilməsi ilə bağlı son vəziyyət, bu istiqamətdə keçirilən məhkəmə iclaslarının nəticələri müzakirə ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256