BANK

Daha iki bank bağlanıb - RUSİYADA
20 APREL
303

Daha iki bank bağlanıb - RUSİYADA

2018-04-20 12:24:00

Rusiya Bankı (Mərkəzi Bank”) “Rusiya ticarət bankı” və “Loqos” banklarının lisenziyalarını geri çağırıb. Bu barədə qurumun internet səhifəsində bildirilir. Fins.az Banker.az-a istinadən xəbər verir ki, “RİA Reytinq”in bu il martın 1-nə tərtib etdiyi cədvələ görə, Rusiyanın bank sistemində “Loqos” bankı 510-cu, “Rusiya ticarət bankı” isə 212-ci yeri tutub.

“Rusiya ticarət bankı” bank nəzarət orqanının real maliyyə hesabatının əks etdirilməsi ilə bağlı tələbinə əməl etməyib. Mərkəzi Bank “Rusiya ticarət bank”ına bir neçə dəfə xüsusi nəzarət həyata keçirib, indiyə qədər 3 dəfə bankın əhalidən əmanət cəlb etməsinə məhdudiyyət tətbiq edib. “Loqos” bankı isə şübhəli tanzit əməliyyatları həyata keçirməkdə şübhəli bilinir.

Hər iki bank əmanətlərin sığortalanması sisteminin üzvüdür.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank paytaxdakı “OFK Bank”ın da lisenziyasını geri çağırmışdı. Həmin bank Rusiyanın bank sisteminin reytinqində 103-cu yerdə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256