BANK

"Paşa Bank" mənfəətini 90 milyon manata çatdırıb
19 APREL
286

"Paşa Bank" mənfəətini 90 milyon manata çatdırıb

2018-04-19 11:55:00

PAŞA Bank 2016-cı ili 69 milyon 288 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ilin yekununa görə isə bank mənfəətini 28%-dan çox artıraraq 89 milyon 92 min manata çatdırıb. 2016-cı il və 2017-ci ilin hesabatlarını müqayisə etsək görərik ki, PAŞA Bankın cəmi faiz gəlirləri 2016-cı illə müqayisədə 49% artaraq 227 milyon 937 min manat təşkil edib Bankın qeyri- faiz gəlirləri isə 82 milyon 3 min manatdan 52 milyon 601 min manata düşüb. 2016-cı ilin yekununda  3 milyard 289 milyon 845 min manat cəmi aktivləri olan bank 2017-ci ilin sonuna bu rəqəmləri 3 milyard 958 milyon 415 min manata çatdırıb.

Kreditlər

Bankın müştərilərə verdiyi kreditlər 1 milyard 350 milyon 668 min manat olub. Bu da 2016-cı ilin yekunu ilə müqayisədə 22% artım deməkdir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256