BANK

Rabitəbank-da limitsiz valyuta satışı davam edir
17 APREL
384

Rabitəbank-da limitsiz valyuta satışı davam edir

2018-04-17 17:00:00

Geniş filial şəbəkəsinə malik "Rabitəbank"da müştərilərə limitsiz valyuta satışı davam edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bankın yaydığı məlumata görə, müştərilər bankın istənilən filialına yaxınlaşmaqla sərfəli şərtlərlə USD, EUR, RUR, GBP kimi valyuta növləri ilə rahatlıqla alqı-satqı əməliyyatı edə və digər bank xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, "Rabitəbank"ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190 – dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, ticarət  iaşə obyektlərində müxtəlif güzəştlər təklif edən bank kartları, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB  bankın rəsmi facebook səhifəsinə yönləndirə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268