BANK

MBNP: "Azərbaycanda dollara tələbatın artmasında psixoloji amillər rol oynayıb"
17 APREL
201

MBNP: "Azərbaycanda dollara tələbatın artmasında psixoloji amillər rol oynayıb"

2018-04-17 11:42:00

"Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib. 

"Nəzarət orqanı olaraq müşahidələrimiz göstərir ki, son bir həftə ərzində əsas ticarət tərəfdaşı ölkələrimizdə valyuta məzənnələrinin volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Vətəndaşlar qonşu ölkələrdə baş verən hadisələrlə bağlı təşviş keçirib, lakin dolların bahalaşmasına heç bir makroiqsadi əsas yoxdur. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşına 800-1300 dollar alınıb". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276