BANK

Azərbaycan Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına üzv olub
17 APREL
236

Azərbaycan Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına üzv olub

2018-04-17 10:54:00

Bu gün Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının təsis olunması ilə bağlı imzalama mərasimi keçirilib. 8 ölkənin- Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrləri və büroları yeni assosiasiyanın üzvləri seçilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov bildirib ki, assosiasiyanın yaradılmasında əsas məqsəd rəqəmsal iqtisadiyyatda çağırışlara cavab verməkdir. Onun sözlərinə görə, Assosiasiya şəffaflığın artırılması və müasir metodların tətbiqi ilə bağlı təcrübə mübadiləsinə imkan verəcək.  İ.Alışov hesab edir ki, Assosiasiya region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da asanlaşdıracaq.

Palata rəsmisi əlavə edib ki, Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasında təmsilçilik Azərbaycanın maliyyə mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış addımlardan biri sayılır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249