Bankın xalis mənfəti ötən ilin 1-ci rübü ilə müqayisədə 3 dəfə artaraq 2,124 manat olub. Bankın faiz və qeyri-faiz gəlirləri də ötən rübün analoji dövrü ilə müqayisədə cüzi də olsa artıb. Bankın aktivləri 495 min manatdan bir qədər çox olub. 2017-ci ilin birinci rübü ilə müqayisədə bankın elə də çox olmayan öhdəlikləri bir qədər də azalaraq 436 min manata enib.
Ötən ilin birinci rübü ilə müqayisədə bank kredit verilməsini də artırıb. Bankın nizamnamə kapitalı 55 milyon manatdan çoxdur. Qeyd edək ki, bank əksər maliyyə göstəricilərinə əsasən cüzi də olsa irəliləyə bilib. Bu isə bankın ilin sonuna pozitiv notlarla başa vuracağından xəbər verir.
Xatırladaq ki, Turanbank müştərilərinə sərfəli əmanət şərtləri təklif etməklə yanaşı , avtomobil uduşu olan lotereyada da iştirak etmək imkanı qazandırır. Loterayanın şərtləri ilə daha ətraflı linkdən tanışa ola bilərsiz.
Müəllif: Xeybər Heydərov