BANK

TuranBankın kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 APREL
305

TuranBankın kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

2018-04-16 13:40:00

TuranBankın kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi xeyriyyə qanvermə aksiyası  keçirilmişdir. Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın struktur bölmələrinin əlli nəfərə yaxın əməkdaşı həvəslə iştirak etmişlər.

Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız qan yardım etməkdən ibarət olmuşdur.

Qeyd edək ki, donorluq Bankın "Korporativ Sosial Məsuliyyət" proqramının ən vacib tərkib hissələrindən biridir. Artıq bir neçə il ardıcıl olaraq Bankın kollektivi qanvermə aksiyalarında yaxından iştirak edir. Bu il keçirilən qanvermə aksiyası da Bank əməkdaşlarının aktiv iştirakı ilə yadda qalmışdır.

Bank bu cür layihələrlə yanaşı, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256