BANK

Beynəlxalq Bankın mənfəəti məlum olub - HESABAT
16 APREL
352

Beynəlxalq Bankın mənfəəti məlum olub - HESABAT

2018-04-16 13:23:00

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Fins.az Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat, o cümlədən faiz gəliri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 75 milyon 491 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 64 milyon 404 min manatı gəlirə çevrildiyindən vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 139 milyon 895 min manat təşkil edib. Bu mənfəət bankın cəmi gəlirlərindən çoxdur. Ehtiyatlar əvvəlki illər gecikmədə olan kreditlərə görə yaradılmışdı. Ehtiyatların bir hissəsinin azad olması, gecikmədə olan kredit portfelinin yaxşılaşdığına işarədir. 31.03.2018-ci il tarixində Beynəlxalq Bank 8 milyard 403 milyon manat cəmi aktivlərə, 7 milyard 307 milyon manat cəmi öhdəliklərə və 1 milyard 95 milyon manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 8 milyard 695 milyon manat cəmi aktivlərə, 7 milyard 746 milyon manat cəmi öhdəliklərə və 948 milyon 186 min manat cəmi kapitala malik idi. Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 1 milyard 784 milyon milyon manatdan  1 milyard 670 milyon manata geriləyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270