BANK

Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə təqdim olunacaq
13 APREL
363

Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə təqdim olunacaq

2018-04-13 16:38:00

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Palatadan "APA-Economics"ə verilən məlumata görə, kollegiya iclasında həyata keçirilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial  Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlir və xərclərin icrasına dair, Dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat”, dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə Hesabatlar və Palatanın fəaliyyəti üzrə illik Hesabat müzakirə olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi və Palatanın fəaliyyəti üzrə illik Hesabat müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların və  “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat”ın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram  təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270