BANK

Bu bank ilk rübü mənfəətlə başa vurdu
12 APREL
503

Bu bank ilk rübü mənfəətlə başa vurdu

2018-04-12 17:10:00

“Ziraat Bank Azərbaycan” ASC ilin ilk rübünü mənfəətlə başa vurub. Fins.az bankın 2018-ci ilin ilk rübünə olan hesabatında qeyd olunur.  “Ziraat Bank Azərbaycan” ilin yanvar-mart ayı ərzində 3,35 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur. Gəlirlərin əsas hissəsini bankın müştərilərə verdiyi kreditlərin faiz gəlirləridir. Bütün bunlarla yanaşı faiz xərcləri də 1.8 dəfə artaraq 1.1 milyon təşkil edib. Lakin bütün bunlara baxmayaraq bankın ilin ilk 3 ayını 1,69 mln. manat xalis mənfəətlə bitirməsinə səbəb olub. Bununla da bankın xalis mənfəəti 15,18 mln. manat olub.

Bankın depozit portfeli də böyüyərək 89,13 mln. manat təşkil edib ki, bunun da əsas hissəsi, yəni, 58,04 mln. manatı fiziki və hüquqi şəxslərin müddətli depozitləridir. 

“Ziraat Bank Azərbaycan” cəmi aktivləri son 3 ay ərzində 19 faiz artaraq 222,56 mln. manat təşkil edib. Bunun da 79,41 mln manatı müştərilərə verilmiş kreditlərdir. Bankın hazırda öhdəlikləri 154,71 mln. manat, cəmi kapitalı isə 67,85 mln. manat təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253