BANK

50 min kredit kartı dövriyyəyə buraxılıb
12 APREL
175

50 min kredit kartı dövriyyəyə buraxılıb

2018-04-12 15:20:00

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 673 min kredit kartı dövriyyədə olub. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

Məlumata görə, kredit kartlarının sayı ilin əvvəli ilə müqayisədə 50 min ədəd və yaxud 8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 98 min ədəd və yaxud 17% artıb. 

Qeyd edək ki, martın 1-nə ölkədə cəmi 5,89 mln. ədəd ödəniş kartı dövriyyədə olub. Bunun da 5,216 mln. ədədi və yaxud 88,6%-i debet, 673 min ədəd və yaxud 11,4%-i kredit kartları olub. Debet kartlarının da 2,522 mln. ədədi sosial kartların, 1,88 mln. ədədi isə əmək haqqı kartlarının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280