BANK

Ən böyük banklardan biri baş müdirini dəyişdi
11 APREL
466

Ən böyük banklardan biri baş müdirini dəyişdi

2018-04-11 15:08:00

Deutsche Bank-ın mətbuat xidməti məlumat verir ki, Almaniyanın ən böyük banklarından biri Deutsche Bank baş müdirini dəyişib, Con Krayanın yerinə bu vəzifəyə pərakəndə biznesə rəhbərlik edən Kristian Syuvinq (Christian Sewing) təyin edilib. Fins.az Banker.az-a istinadən xəbər verir ki,məlumata əsasən, Syuvinq 1989-cu ildən etibarən Deutsche Bank-da işləyir və son vaxtlarda maliyyə təşkilatının idarə heyətinə daxil idi. Krayan 2015-ci ildən Deutsche Bank-a rəhbərlik edirdi, lakin bu müddət ərzində bank ilin nəticələrinə görə xalis gəlir əldə edə bilməmişdi. Maliyyə təşkilatının xalis itkisinin ötən illə müqayisədə 2,7 dəfə azalmasına baxmayaraq, 2017-ci ildə 497 milyon avro təşkil edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Deutsche Bank-da işlədiyi 25 ildən artıq müddətdə Kristian Syuvinq özünü güclü və intizamlı bir lider kimi göstərib. Müşahidə Şurası onun və komandasının Deutsche Bank-ı uğurla yeni bir mərhələyə çatdıracağına inanır”, – deyə Müşahidə Şurasının sərdi Paul Achleitner qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272