BANK

Asiya İnkişaf Bankı region üzrə iqtisadi inkişaf proqnozlarını açıqlayıb
11 APREL
336

Asiya İnkişaf Bankı region üzrə iqtisadi inkişaf proqnozlarını açıqlayıb

2018-04-11 13:47:00

Bu il Asiya qitəsində 6%, gələn il isə 5,9% iqtisadi artım proqnozlaşdırılır. Fins.az  xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook 2018" hesabatında bildirilir. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Sənəddə həmçinin deyilir ki, Asiyada yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa, inkişaf tempi 2018-ci ildə 6,5%, 2019-cu ildə isə 6,4% olacaq. 

"Ötən il Asiya regionunda iqtisadi artım 6,1%, yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa 6,6% olub", - hesabatda qeyd olunub. 

ADB həmçinin bəyan edib ki, regiona daxil olan 45 fərdi iqtisadiyyatdan 14-ü bu il qitənin inkişafını sürətləndirəcək. Cənubi Asiyada Hindistan 7%-lik iqtisadi inkişaf göstərici ilə lider olacaq. Mərkəzi Asiyada və Sakit Okean hövzəsində yerləşən ölkələrdə isə iqtisadi geriləmə baş verəcək. 

Beynəlxalq maliyyə qurumu region üçün proqnozlaşdırılan inflyasiya göstəricisini də açıqlayıb: "Neftin bahalaşmasının başa çatması və güclü istehlak tələbinin davam etməsi region ölkələrində inflyasiyanın səviyyəsini ən yüksək həddə qaldırıb. İstehlak qiymətləri indeksinin bu il və gələn il 2,9% olacağı proqnozlaşdırılır ki, bu da ötən ilə nisbətən 0,6 faiz bəndi çoxdur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267