BANK

“Bankların son sentə qədər valyuta ehtiyacı ödənilir”
09 APREL
411

“Bankların son sentə qədər valyuta ehtiyacı ödənilir”

2018-04-09 16:47:00

“Valyuta hərraclarında bir sent belə olsun bankların tələbi ödənilməmiş qalmır. Bankların valyuta ehtiyacı tam şəkildə ödənilir” - deyə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib. May ayından etibarən üzən məzənnə çevikliyi təmin ediləcək deyə baş bankir əlavə edib. Onun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər. “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256