BANK

Onlayn biznesinizi “Unibank”la böyüdün!
09 APREL
183

Onlayn biznesinizi “Unibank”la böyüdün!

2018-04-09 16:46:00

Əgər siz onlayn ticarətlə məşğulsunuzsa və ya  bu istiqamətdə fəaliyyətə başlamaq istəyirsinizsə,  demək qısa müddətə qoşulmağı mümkün edən, sərfəli, rahat və təhlükəsiz ödəniş sistemi lazımdır. Unibank elektron ödənişləri daha rahat həyata keçirmək üçün daha geniş imkanlar və sərfəli şərtlər təqdim edir.  Elektron ticarət saytınıza “Onlayn ödə” düyməsini əlavə edib, müştərilərinizə rahat elektron ödəmə imkanını yaratmaq istəyirsinizsə, Unibanka müraciət edin!

Unibankla partnyorluğun üstünlükləri:

-qısa vaxtda qoşulma (maksimum 3 iş günü);

-sərfəli əməliyyat xərcləri;

-ALBALI PLUS və CASHBACK bonus layihələrində iştirak;

-bankın digər layihələrində iştirak və biznesinizi genişləndirmək imkanı;

-əməliyyatlara onlayn rejimdə nəzarət;

- ödənişlərin ləğv edilməsinin mümkünlüyü;

- əməliyyatlar haqqında SMS və ya e-mail vasitəsi ilə bildirişlərin göndərilməsi;

-pulsuz internet-bankinq;

-24 saat texniki dəstək xidməti.

Unibank bazarda elektron ticarət xidməti  göstərən lider banklar siyahısındadır. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə  keçirilən müsabiqənin nəticələrinə əsasən, Unibank 2017-ci ilin göstəriciləri üzrə “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci, “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə isə 2-ci yerin qalibi olub. Bank elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Unibankın  tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən MasterCard və Visa kartlarına sahib olanlar, çox rahat və təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.

Onlayn biznesinizi böyütmək üçün Unibankın təklif etdiyi sərfəli şərtlərdən faydalanmağa tələsin!

Daha ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza, Unibank filiallarına müraciət edə və ya 117 çağrı mərkəzinə zəng edə bilərsiniz. 

Unibank- hər kəsin bankı!

 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278