BANK

Azərbaycan bu il Avropa Yenidənqurma və İnkişaf Bankından borc alıb
09 APREL
289

Azərbaycan bu il Avropa Yenidənqurma və İnkişaf Bankından borc alıb

2018-04-09 14:37:00

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 225 mln. avro və yaxud 7,99% artaraq 2018-ci il martın 1-nə 3,042 mlrd. avro təşkil edib. Fins.az “Report”a istinadən xəbər verir ki, verilmiş borclarda özəl sektorun payı 7 faiz bəndi azalaraq 26% olub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 139 mln. avro və yaxud 7,02% artaraq 2,119 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 152 mln. avro və yaxud 21,78% böyüyərək 850 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 242 mln. avro yaxud 20,58% artaraq 1,418 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 3 vahid yaxud 6% azalaraq 47-yə düşüb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq olub.

EBRD-nin cari portfelinin 49,37%-i yaxud 700 mln. avroluq hissəsi enerji, 42,38%-i yaxud 601 mln. avroluq hissəsi infrastruktur, 5,15%-i yaxud 73 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,17%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267