BANK

Bağlanan bank borclu vətəndaşı yaddan çıxarıb - “Yunayted Kredit Bank”
09 APREL
424

Bağlanan bank borclu vətəndaşı yaddan çıxarıb - “Yunayted Kredit Bank”

2018-04-09 13:58:00

Bir neçə gün öncə Fins.az saytının redaksiyasına kredit ödənişi ilə bağlı müraciət daxil olub. Vətəndaş “Yunayted Kredit Bank”da kreditdə olan avtomobili digər şəxsdən satın almaq istədiyini lakin borc və ödəniş barədə adı çəkilən bankla heç cür kontakt yarada bilmədiyini bildirib. Məsələ ilə bağlı araşdırmaya başlayan Fins.az –a, Azərbaycan respublikası  Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə,“Yunayted Kredit Bank” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 1996-ci il 240 nömrəli lisenziyası əsasında fəaliyyətə başlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli 06/1 nömrəli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 30.04.1996-cı il tarixli 240 nömrəli lisenziya ləğv edilib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2016-cı il tarixli, 2-1(81)-1494/2016 saylı qərarı ilə  bank  müflis elan edilmiş və banka ləğvedici qismində “Azerbaijan İnternational Legal Company” MMC təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan bankın ləğvedicisi "Azerbaijan International Legal Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənməsi qərara alınıb.

Qeyd edək ki, “Yunayted Kredit Bank”da və digər bağlanan banklarda krediti olan və banka ödənməli olan ödənişlərlə və digər suallarla bağlı vətəndaşlar Əmanətlərin Sığortalanması Fonduna müraciət edə bilərlər.   Əlaqə nömrəsi  012 596 65 91; 012596 65 92; 012 596 6593 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272