BANK

MBNP: Listinq prosedurlarının optimallaşdırılması və listinqin stimullaşdırılması işləri aparılıb
09 APREL
231

MBNP: Listinq prosedurlarının optimallaşdırılması və listinqin stimullaşdırılması işləri aparılıb

2018-04-09 10:39:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Palatadan Fins.az-a  verilən məlumata görə, MBNP-nin Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimallaşdırılması və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub. İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.

clasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270