BANK

Xarici banklardan kredit götürmək olar?
06 APREL
1042

Xarici banklardan kredit götürmək olar?

2018-04-06 01:06:00

Əcnəbi banklardan kredit götürmək olar? Bunun üçün hansı şərtlər və qaydalar var? Bu suallara cavab tapmaq üçün Fins.az iqtisadçı ekspert Cəfər İbrahimliyə müraciət edib. Ekspert açıqlamasında bunun mümkün olduğunu bildirib.

Sıradan bir vətəndaşın xarici banklara müraciət edib kredit götürməsi bir qədər çətin prosesdir.  Çünki vətəndaşların gəlirlərinin təsdiq olunması və ya o ölkədə hər hansı bir yaşamaq icazəsinin olması kimi tələblər var. Lakin əcnəbi bankdan kredit götürən şəxs, kredit götürdüyü bankın yerləşdiyi ölkədə işləməsi ilə bağlı sənədi olarsa və gəlirini göstərə bilərsə o zaman mümkündür deyə Cəfər İbrahimli bildirib.

Əsasən ölkələr vəsaitləri daha çox bank sektoru üzərindən ölkəyə cəlb edirlər. Bunu da şəffaf maliyyə hesabatları olan şirkətlər edə bilər.  Belə şirkətlər  dünyada fəaliyyət göstərən istənilən bank və ya kredit təşkilatından kredit götürə bilərlər.

Kredit üçün müraciətə o zaman müsbət cavab verilir ki, müraciət edənin maliyyə göstəriciləri tələblərə cavab versin.

İkinci ən böyük vəsait cəlb etməyin yollarından biri , xarici banklardan kredit alıb və ya xarici bazarlarda istiqraz emissiya edərək vəsait cəlb etməkdir . Hansıki bu Azərbaycan praktikasında da olub. Bu praktika  2010-2011-ci illərdə iqtisadi böhranın dərinləşdiyi bir vaxtda baş verib deyə ekspert bildirib.

Cəfər İbrahimlinin sözlərinə görə, hazırda əcnəbi şirkətlərə  krediti daha çox  ABŞ və Avropa bankları verir. Bu ölkələrin banklarında izafi likvidlik çox yuxarıdır. Azərbaycana  Avropa bazarı yaxın olduğundan daha çox Avropa banklarından vəsait cəlb olunur.

Hazırda Avropa banklarında kredit faizləri aşağıdır. Tələblərə cavab verən şirkətlər 2-3% li kredit cəlb etmək imkanına malik olurlar.

İndi yerli banklarımız və şirkətlərimiz üçün dollarda 2% kredit götürmək bir qədər çətindir . Amma şərtlərə cavab verən banklar və şirkətlər bir az da aşağı faizli kredit cəlb edə bilərlər deyə Cəfər İbrahimli qeyd edib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256