BANK

Qeydiyyat müddəti başa çatıb
05 APREL
345

Qeydiyyat müddəti başa çatıb

2018-04-05 10:34:00

Ləğv etmə prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti bu gün başa çatıb. Bu barədə  Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılmışdı.

Kreditorlar 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260