BANK

“Rabitəbank”ın Audit Komitəsinin sədri dəyişib
03 APREL
543

“Rabitəbank”ın Audit Komitəsinin sədri dəyişib

2018-04-03 17:46:00

“Rabitəbank” ASC-nin Audit Komitəsinə yeni sədr təyin edilib. Fins.az Banka istinadən xəbər verir ki, Yasin Əliyevi Rəşad Abasov əvəz edib.

Rəşad Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır.

2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitimişdir.

2004-cü ildən karyerasına Rabitəbank ASC-nin Daxili Audit departamentində auditor olaraq davam etmiş, 2008-ci ildən isə həmin departamentin direktoru vəzifəsində çalışmışdır.

Rəşad Abasov 2018-ci ilin  aprel ayından etibarən Bankın Audit Komitəsinin Sədri vəzifəsinə təyin edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256