BANK

Hakerlər 5 milyon kart hesabı oğurlayıblar
03 APREL
293

Hakerlər 5 milyon kart hesabı oğurlayıblar

2018-04-03 02:07:00

ABŞ da hakerlər 5 milyon kart hesabını oğurlayıblar. Bundan başqa virtual cinayətkarlar 125 min kart hesabı haqqında məlumatı satışa qoyublar. Fins.az qərb mediasına istinadən xəbər verir ki, cinayətkarlar hesabları bir il ərzində toplayıblar. Oğurluğu bir müddət əvvəl restoran və otellər şəbəkələrinin hesablarını qırmağı bacaran bir qrup haker edib.

Hakerlər məlumatları Saks Fifth Avenue, Saks Off Fifth və Lord&Taylor dükanlar şəbəkəsindən əldə ediblər. Adı çəkilən şirkətin dükanlar şəbəkəsində elektron ödəniş sistemində nasazlıqğın olmasından yararlanan hakerlər öz niyyətlərinə çata biliblər.

Müxtəlif şəbəkələrə malik Hudson's Bay korporasiyası nə qədər müştərinin zərər çəkməsi barədə məlumatı açıqlamaqdan imtina edib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254