BANK

AMB depozit hərracında 250 mln. manat cəlb edib
02 APREL
262

AMB depozit hərracında 250 mln. manat cəlb edib

2018-04-02 13:00:00

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən Fins.az-a verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 178,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 4,71 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256