BANK

Son 5 ildə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 5 dəfəyə yaxın artıb
30 MART
390

Son 5 ildə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 5 dəfəyə yaxın artıb

2018-03-30 15:18:00

Azərbaycan Mərkəzi Bankı rəqəmsal ödənişlərin istifadəsinin artırılması məqsədi ilə cari ildə ölkə üzrə kütləvi təbliğat və təşviqat kampaniyasının təşkil edilməsini planlaşdırır. Bu istiqamətdə artıq kommunikasiya planı hazırlanıb. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası və bank ictimaiyyəti ilə birgə kommunikasiya planını icra edəcək.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosasiyası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırır.

Onun sözlərinə görə, nağdsız ödənişlərin artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində son 5 il ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4,8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4,6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən 4 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271