BANK

HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib - ABA
29 MART
330

HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib - ABA

2018-03-29 20:56:00

29 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib. ABA dan Fins.az-a verilən məlumata görə, iclasda “HR Konfransı”n mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Müzakirələr nəticəsində konfransın 1 gün, yəni 4 may 2018-ci il tarixində keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyən edilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.

Xatırladaq ki, Konfransda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273